Alpinistlərin ölümü ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb


Sosial 17 May 2018 10:53:00 57 0

Alpinistlərin ölümü ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb

Müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, komissiyaya Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev vəSiyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova xatırladıbki, mayın 16-da onlar İstintaq araşdırma qrupu ilə Qubanın Xınalıq kəndinə gediblər: “Tapılan alpinistlərin cəsədi Quba rayon Patoloji Anatomiya Birliyinin morquna gətirilib, gecə saatlarında müayinə edilib. Müayinələr təxminən 6 saat davam edib. Müayinələr başa çatdıqdan sonra meyitlər ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir”.

O qeyd edib ki, müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq: “Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək”.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

93 yaşlı Hollivud aktyoru öldü  FOTO like
  • 17 May 10:50  
Dünya 93 yaşlı Hollivud aktyoru öldü FOTO

200-dən çox filmə çəkilən Hollivud aktyoru Cozef Kampanella 93 yaşında d

arrow Ətraflı
Vüsal Hüseynov: Bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir like
  • 17 May 10:50  
Digərləri Vüsal Hüseynov: Bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir

“Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Ey

arrow Ətraflı
"Heç olmasa bu ay günahlarımızı azaldaq” like
  • 17 May 10:45  
Şou-biznes "Heç olmasa bu ay günahlarımızı azaldaq”

Rəqqasə Oksana Rəsulovanın suni mayalanma ilə hamilə qalması artıq bir n

arrow Ətraflı
Sahil Babayev: Birdəfəlik ödəmələr veriləcək şəxslərin siyahısı hazırlanır like
  • 17 May 10:44  
Digərləri Sahil Babayev: Birdəfəlik ödəmələr veriləcək şəxslərin siyahısı hazırlanır

1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak o

arrow Ətraflı
İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi  FOTO like
  • 17 May 10:43  
Digərləri İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi FOTO

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava v

arrow Ətraflı
Ərdoğan: "BMT fəaliyyətsizdir" like
  • 17 May 10:41  
Dünya Ərdoğan: "BMT fəaliyyətsizdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-ni fəaliyyətsizlikdə ittiha

arrow Ətraflı
Bank of Bakudan HƏRBİÇİLƏRƏ “10.000 AZNdək ZAMİNSİZ KREDİT və 5%dək ENDİRİM”! like
  • 17 May 10:36  
Digərləri Bank of Bakudan HƏRBİÇİLƏRƏ “10.000 AZNdək ZAMİNSİZ KREDİT və 5%dək ENDİRİM”!

Bank of Baku, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının

arrow Ətraflı
Donald Gerrye Argentinaya qarşı oynamaqdan imtina etdi like
  • 17 May 10:34  
İdman Donald Gerrye Argentinaya qarşı oynamaqdan imtina etdi

Qarabağ'ın  və Haiti millisinin futbolçusu Donal

arrow Ətraflı
BMT hesabatı: Azərbaycanda 2050-ci ilə qədər şəhər əhalisinin sayı 70 faizdən çox olacaq like
  • 17 May 10:32  
Siyasət BMT hesabatı: Azərbaycanda 2050-ci ilə qədər şəhər əhalisinin sayı 70 faizdən çox olacaq

Proqnozlara əsasən, 2050-ci ilə qədər Azərbaycanda əhalinin sayı 11 mily

arrow Ətraflı
XİN Laçının işğalının 26cı ildönümü ilə bağlı bəyanat yaydı like
  • 17 May 10:32  
Siyasət XİN Laçının işğalının 26cı ildönümü ilə bağlı bəyanat yaydı

Xarici İşlər Nazirliyi Laçının işğalının 26-cı ildönümü ilə bağl

arrow Ətraflı
Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu like
  • 17 May 10:30  
Digərləri Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava v

arrow Ətraflı
Abituriyentlərin nəzərinə: Ərizə qəbulu sistemi yenidən aktiv edilib like
  • 17 May 10:30  
Digərləri Abituriyentlərin nəzərinə: Ərizə qəbulu sistemi yenidən aktiv edilib

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta

arrow Ətraflı
BANM-da yeni ixtisas: İnformasiya təhlükəsizliyi like
  • 17 May 10:28  
Digərləri BANM-da yeni ixtisas: İnformasiya təhlükəsizliyi

Bakı Ali Neft Məktəbində (BANM) 2018/2019 tədris ilindən etibarən yeni ix

arrow Ətraflı