Donald Gerrye Argentinaya qarşı oynamaqdan imtina etdi


İdman 17 May 2018 10:34:00 402 0

Donald Gerrye Argentinaya qarşı oynamaqdan imtina etdi

Qarabağ'ın  və Haiti millisinin futbolçusu Donald Gerrye Argentinaya qarşı yoldaşlıq üçün yığmanımn heyətində yer almamasının səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, bu, şəxsi planları ilə əlaqədardır: "Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışmışam. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər. Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə 3 gün üçün 1400 dollar, Dominikan Respublikasında bir həftəmizə 2 min dollar və "Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz oynamışam. Övladı yeni dünyaya gələn bacımı ziyarət etməliyəm”.

D.Gerrye onu da deyib ki, Qarabağ'da ona cəmi 8 günlük məzuniyyət veriblər: "Klubum avrokuboklarda çıxış edəcək. Bizdə  8 gündən uzun məzuniyyət yoxdur. "Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam.  Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 gündən  sonra 30-da geri dönmək mənim üçün çətindir. Ailəm üçün çox darıxmışam. Buna görə anlaşılmazlığın səbəbini başa düşmürəm".