BMT hesabatı: Azərbaycanda 2050-ci ilə qədər şəhər əhalisinin sayı 70 faizdən çox olacaq


Siyasət 17 May 2018 10:32:06 280 0

BMT hesabatı: Azərbaycanda 2050-ci ilə qədər şəhər əhalisinin sayı 70 faizdən çox olacaq

Proqnozlara əsasən, 2050-ci ilə qədər Azərbaycanda əhalinin sayı 11 milyona çatacaq

Azərbaycanın əhalisi artacaq və 2050-ci ilə qədər 11 milyona çatacaq.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) hesabatında bildirilir.

Hesabatda bütün dünyada urbanizasiya prosesinin davam edəcəyi vurğulanır. Bu əsrin ortalarına qədər dünyada şəhər əhalisinin payı 68% təşkil edəcək (bu gün 55%-dir). Oxşar proseslər Azərbaycanda da baş verəcək.

Məlumata görə, bu gün Azərbaycanda əhalinin ümumi sayına nisbətdə şəhər əhalisinin payı 56% təşkil edir. BMT DESA-nın ekspertlərinin proqnozlarına əsasən, 2025-ci ilə qədər şəhər əhalisi 59% olacaq, 2050-ci ilə qədər isə azərbaycanlıların 70%-dən çoxu şəhərlərdə yaşayacaq.

Hesabatda həmçinin Azərbaycanda əhalinin ümumi sayının, təqribən, 10 milyon olduğu, 2025-ci ilə qədər bu rəqəmin 10,5 milyonu keçəcəyi və 2050-ci ilə qədər isə 11 milyona çatacağı vurğulanıb.