Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu


Digərləri 17 May 2018 10:30:28 255 0

Alpinistlərin meyitlərinin tapıldığı YER məlum oldu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitlərinin tapıldığı ərazi məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, meyitlər Tufandağ ərazisində aşkarlanıb. Alpinistlərin meyitləri Tufandağ yaxınlığındakı 4 metr dərinliyində qar uçqununun altından tapılıb və qərargaha təhvil verilib.

Meyitlər hazırda Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində saxlanılır.

Şöbədən Trend-ə bildiriblər ki, hazırda meyitlərin müayinələri davam etdirilir. Müayinələr başa çatandan sonra meyitlər Bakıya göndəriləcək.