Azərbaycanda "Ödəniş xidmətləri haqqında" qanun layihəsi hazırlanıb


İqtisadiyyat 17 May 2018 10:24:01 320 0

Azərbaycanda  "Ödəniş xidmətləri haqqında" qanun layihəsi hazırlanıb

MBNP: "Ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır"

"Azərbaycanda ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır".

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasınınbaş icraçı direktoru İbrahim Alışov deyib.

"Azərbaycan bazarında informasiya texnologiyarının yeniliklərinə ən tez reaksiya verənlər ödəniş xidmətləri təchizatçılarıdır. Bunun üçün də bu sahədə hüquqi çərçivənin formalaşdırılması üçün "Ödəniş xidmətləri haqqında" qanun layihəsininhazırlanması qarşımızda labüd bir vəzifə kimi qoyulub. Layihə artıq yekun fazadadır. Qanunun tətbiqi ilə ödəniş xidməti təchizatçılarının sayı artacaq, yeni elektron pulların tətbiqi həyata keçiriləcək. Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq", - o qeyd edib.