Rusiyalı müğənni İsrailə buraxılmadı


Digərləri 17 May 2018 10:23:00 236 0

Rusiyalı müğənni İsrailə buraxılmadı

Qriqori Leps İsrailə buraxılmayıb

Məşhur rusiyalı müğənni .

Son.az axşam.az-a istinadən bildirir ki, bunu Knessetin deputatı Yuliya Malinovskaya öz sosial media hesabında yazıb.

"Polisin nə üçün məşhur rusiyalı müğənninin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib", -  o bildirib.

Yuliya söyləyib ki, müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Yeganə Lepsi İsrailə buraxmayıblar.