Millimiz Gürcüstana uduzdu


İdman 17 May 2018 10:16:00 247 0

Millimiz Gürcüstana uduzdu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Goal.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.


Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2

Qollar: Ziya Əzizov, 66 (1:0), David Muciri, 79 (1:1), David Samurkasovi, 83 (1:2)

“Dalğa Arena”