Abituriyentlərin nəzərinə: Ərizə qəbulu sistemi yenidən aktiv edilib


Digərləri 17 May 2018 10:30:00 232 0

Abituriyentlərin nəzərinə: Ərizə qəbulu sistemi yenidən aktiv edilib

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Bakı. İlhamə İsabalayeva - Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib. Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.