Dünyanın gözlədiyi toya az qaldı FOTO


Digərləri 17 May 2018 10:18:00 321 0

Dünyanın gözlədiyi toya az qaldı  FOTO

Mayın 19-da, şənbə günü Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, 33 yaşlı şahzadə Harri ilə amerikalı model və aktrisa, 36 yaşlı Reyçel Meqan Marklın toyu olacaq.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bütün dünyanın səbirsizliklə gözlədiyi toy 32 milyon funt-sterlinqə başa gələcək.

Londondakı Vindzor qəsrinin qarşısında artıq yüzlərlə insan növbə tutub, çadırlar qurublar. Onlar toyu gözləyirlər.

Bu arada Meqan Marklın xalası qızı, 53 yaşlı Samanta Qrant qalmaqallı açıqlama verib. Dağınıq skleroz xəstəsi Samanta əlil arabasına məhkumdur. O, Meqan Marklın xudpəsənd, ikiüzlü, yalançı olduğunu deyib: "Meqan Harrini sevmir. O, sadəcə, kral ailəsinin üzvü olmağa can atır".

Harri və Meqanın toyuna Viktoriya Bekhem, Emma Banton və Xeri Holliuell də dəvət olunublar.

Toyda müğənni Elton Con da oxuyacaq.

Nikah və toy mərasimləri şənbə günü yerli vaxtla saat 12-də Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində başlanacaq.

Harri ilə Meqan kilsəyə "Askot" tipli açıq landoda gedəcəklər.