Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib FOTO


Digərləri 17 May 2018 10:09:00 260 0

Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.

ETSN-dən Son.az-a verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 m3 həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.


Xəbərə aid fotolar