Kapital Bank-ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi


Digərləri 17 May 2018 09:20:00 229 0

Kapital Bank-ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib.

Bakı. Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Bankdan Trend-ə verilən məlumata görə, fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 33 000-dən artıq şagird tədbirdə iştirak edib. 15 may 2018-ci il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib.