Bakıda domino yarışı keçiriləcək


Digərləri 17 May 2018 08:53:00 250 0

Bakıda domino yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, "Bakı Domino Klubu" və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunacaq KİV nümayəndələrinin domino yarışı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, yarış Səməd Vurğun küçəsi 18a ünvanında yerləşən "Dəfnə" restoranında may ayının 19-u, saat 11:00-da başlayacaq. Qaliblərə və xüsusi fərqlənənlərə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Əlaqə nömrəsi: 050 634 77 24