Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb


Digərləri 17 May 2018 08:48:00 267 0

Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb

Faktla bağlı bir nəfər saxlanılıb

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.

Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.