Yeni iPhone SE təqdim olunacaq


Digərləri 17 May 2018 07:51:00 193 0

Yeni iPhone SE  təqdim olunacaq

ABŞ-ın "Apple" korporasiyasının məlumatına görə, bu ilin sentyabrında ikinci nəsil yeni "iPhone SE" smartfonu təqdim ediləcək.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni smartfonun texniki xüsusiyyətləri haqda məlumat yoxdur. Ancaq mənbənin məlumatına görə, cihazın ölçüləri əvvəlki kimi qalacaq, hərçənd displey çərçivəsiz olacaq.   Bundan başqa, yeni smartfon sifətin tanınması funksiyası və "TrueDepth" texnologiyası ilə təchiz ediləcək. Ehtimal ki, smartfonun arxa paneli şüşədən olacaq ki, bu da simsiz enerji doldurma texnologiyasından istifadəyə imkan verəcək.