Səsli köməkçilərdə boşluq tapıldı


Digərləri 17 May 2018 07:22:00 212 0

Səsli köməkçilərdə boşluq tapıldı

ABŞ və çinli alimlər smartfonlara inteqrasiya edilən səsli köməkçilərdə yeni boşluq aşkar ediblər. Mütəxəssislər səsli assistentlərə müxtəlif komandaları qurğu sahibindən xəbərsiz göndəriblər.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, fırıldaqçılar bu boşluqdan istifadə edə bilərlər (məsələn, giriş qapısını açmaq, hesabdan pul vəsaitini çıxarmaq və ya məhsulları onlayn almaq üçün).

"Amazon" şirkətinin rəsmisi bildirib ki, "Alexa" qurğusunun təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün tədbir görülüb. "Google" şirkətinin nümayəndəsi məlumat verib ki, "Google's Assistant" səsli köməkçisi gizli audiokomandaları bloklayan xüsusi funksiya ilə təchiz edilib.