Bakıda orta yaşlı kişi özünü bıçaqlayaraq qolunu kəsib
Sosial 17 May 2018 06:38:01 328 0
Həkimlər onu cərrahi əməliyyat edib
Bakının Nərimanov rayonunda orta yaşlı kişi özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, 1979-cu il təvəllüdlü Əhmədov Taleh Akif oğlu bıçaqla bədəninə zərbə vurub.
O, daha sonra qolunu kəsib. Yaralı özü 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Həkimlər onu cərrahi əməliyyat ediblər.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Mənbə: report.az