Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb


Sosial 17 May 2018 04:30:21 290 0

Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb

Faktla bağlı bir nəfər saxlanılıb

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.

"Report" xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.

Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.