Serbiyada təyyarə qəzası nəticəsində kişi və qadın ölüb


Dünya 17 May 2018 03:46:42 246 0

Serbiyada təyyarə qəzası nəticəsində kişi və qadın ölüb

Təkmühərrikli təyyarənin Zemun-Poledə yerə düşüb

Çərşənbə günü Belqrad ətrafında idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Serbiya milli televiziyası məlumat yayıb.

"Təkmühərrikli təyyarənin Zemun-Poledə yerə düşməsi nəticəsində bir kişi və bir qadın dünyasını dəyişib", — deyə telekanalın məlumatında bildirilir.

Təyyarənin modeli açıqlanmır. Qeyd olunur ki, idman aerodromu dəmir yolu xəttindən 70 metr aralıda yerləşir və uçuş mydançası asfaltsızdır.