Bakıda domino yarışı keçiriləcək


Digərləri 17 May 2018 01:18:53 370 0

Bakıda domino yarışı keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunacaq KİV nümayəndələrinin domino yarışı keçiriləcək.

Bakı. Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, “Bakı Domino Klubu” və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunacaq KİV nümayəndələrinin domino yarışı keçiriləcək. Trend-in məlumatıan görə, yarış Səməd Vurğun küçəsi 18a ünvanında yerləşən “Dəfnə” restoranında may ayının 19-u, saat 11:00-da başlayacaq. Qaliblərə və xüsusi fərqlənənlərə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.