Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili mərasimdə iştirak edib (FOTO)


Digərləri 17 May 2018 00:17:45 94 0

Leyla Əliyeva Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili mərasimdə iştirak edib (FOTO)

“Ədibin evi”ndə Ümummilli Lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib.

Bakı. Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib. Ulu Öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Tədbiri açan Əməkdar Artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün Ulu Öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib. Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır və adı ilə tarix yazır. Mərasimdə Ulu Öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib. Filmdə Ümummilli Liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb. Filmin nümayişindən sonra Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə Ümummilli Liderin körpələrimizin sağlamlığı, təhsili, sosial və mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar və gənclərlə bağlı siyasətindəki bu qayğı və diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir. Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib. Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər. Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar. Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Müqəddəs Ramazan ayı başladı like
  • 17 May 00:02  
Digərləri Müqəddəs Ramazan ayı başladı

Mayın 17-si müqəddəs Ramazan ayının ilk günüdür.

arrow Ətraflı
Müqəddəs Ramazan ayı başladı like
  • 17 May 00:01  
Digərləri Müqəddəs Ramazan ayı başladı

Mayın 17-si müqəddəs Ramazan ayının ilk günüdür.

arrow Ətraflı
Günün qoroskopu: söhbətlər və danışıqlar çox vaxt alır like
  • 17 May 00:01  
Digərləri Günün qoroskopu: söhbətlər və danışıqlar çox vaxt alır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ramazan ayı başlayıb like
  • 17 May 00:00  
Sosial Ramazan ayı başlayıb

Ramazan bayramı (Şəvval ayının 1-i) iyunun 15-nə təsadüf edəcək

arrow Ətraflı
Ərdoğan: "İsrailin zülmünə razılıq verməyəcəyik" like
  • 16 May 23:59  
Dünya Ərdoğan: "İsrailin zülmünə razılıq verməyəcəyik"

Bütün dünya göz yumsa da, biz İsrail zülmünə razılıq verməyəcəyik.

arrow Ətraflı
İslamın gəlinlikdəki fotosu tənqid edildi like
  • 16 May 23:57  
Şou-biznes İslamın gəlinlikdəki fotosu tənqid edildi

Aktyor İslam Mehrəliyevin sosial şəbəkədə yayılan fotosu müzakirələr

arrow Ətraflı
3 min nəfərə dərialtı mikroçip yerləşdirilib like
  • 16 May 23:52  
Digərləri 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib

İsveçdə təxminən 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib. İns

arrow Ətraflı
BDUda həyəcanlı anlar: Tələbənin halı pisləşdi, xəstəxanaya aparıldı like
  • 16 May 23:51  
Digərləri BDUda həyəcanlı anlar: Tələbənin halı pisləşdi, xəstəxanaya aparıldı

Bakı Dövlət Universitetinin tələbəsi ürəktutmasından xəstəxanaya qald

arrow Ətraflı
Bir saniyə sonrası fəlakətə işarə verən fotolar like
  • 16 May 23:48  
Digərləri Bir saniyə sonrası fəlakətə işarə verən fotolar

Elə fotolar var ki, onlar çəkilərkən bir saniyə sonra nə baş verəcəyin

arrow Ətraflı
Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası  FOTO like
  • 16 May 23:39  
Digərləri Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası FOTO

Parlaq və sağlam dəriyə qovuşmaq hər bir qadının arzusudur.

arrow Ətraflı
ABŞda silahlı insident baş verib, azı 5 nəfər ölüb like
  • 16 May 23:25  
Dünya ABŞda silahlı insident baş verib, azı 5 nəfər ölüb

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib.

arrow Ətraflı
Tərtər sakini bunu bacardı  VİDEO like
  • 16 May 23:21  
Digərləri Tərtər sakini bunu bacardı VİDEO

Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur.

arrow Ətraflı