Ramazan ayı başlayıb


Sosial 17 May 2018 00:00:00 88 0

Ramazan ayı başlayıb

Ramazan bayramı (Şəvval ayının 1-i) iyunun 15-nə təsadüf edəcək

Ramazan (Orucluq) ayı başlayıb.

"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayının 1-i Miladi tarixlə may ayının 17-nə təsadüf edir.

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fətvasında deyilir: "Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

İnşallah, Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Xalqımız tərəfindən hər il böyük çoşqu ilə keçirilən Ramazan bayramı, eyni zamanda dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur. Bu, dövlətimizin, habelə dövlət başçımızın milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimizə hörmət və ehtiramının, diqqət və qayğısının təzahürüdür, dövlət-din münasibətlərinin bariz nümunəsidir və ölkə dindarları tərəfindən rəğbətlə qarşılanır

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adam başına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür".

Qeyd edək ki,ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.

Ərdoğan: "İsrailin zülmünə razılıq verməyəcəyik" like
  • 16 May 23:59  
Dünya Ərdoğan: "İsrailin zülmünə razılıq verməyəcəyik"

Bütün dünya göz yumsa da, biz İsrail zülmünə razılıq verməyəcəyik.

arrow Ətraflı
İslamın gəlinlikdəki fotosu tənqid edildi like
  • 16 May 23:57  
Şou-biznes İslamın gəlinlikdəki fotosu tənqid edildi

Aktyor İslam Mehrəliyevin sosial şəbəkədə yayılan fotosu müzakirələr

arrow Ətraflı
3 min nəfərə dərialtı mikroçip yerləşdirilib like
  • 16 May 23:52  
Digərləri 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib

İsveçdə təxminən 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib. İns

arrow Ətraflı
BDUda həyəcanlı anlar: Tələbənin halı pisləşdi, xəstəxanaya aparıldı like
  • 16 May 23:51  
Digərləri BDUda həyəcanlı anlar: Tələbənin halı pisləşdi, xəstəxanaya aparıldı

Bakı Dövlət Universitetinin tələbəsi ürəktutmasından xəstəxanaya qald

arrow Ətraflı
Bir saniyə sonrası fəlakətə işarə verən fotolar like
  • 16 May 23:48  
Digərləri Bir saniyə sonrası fəlakətə işarə verən fotolar

Elə fotolar var ki, onlar çəkilərkən bir saniyə sonra nə baş verəcəyin

arrow Ətraflı
Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası  FOTO like
  • 16 May 23:39  
Digərləri Üzünüzün parlaq və gözəl görünməsi üçün 8 meyvə maskası FOTO

Parlaq və sağlam dəriyə qovuşmaq hər bir qadının arzusudur.

arrow Ətraflı
ABŞda silahlı insident baş verib, azı 5 nəfər ölüb like
  • 16 May 23:25  
Dünya ABŞda silahlı insident baş verib, azı 5 nəfər ölüb

ABŞ-ın Ponder şəhərində (Texas ştatı) silahlı insident baş verib.

arrow Ətraflı
Tərtər sakini bunu bacardı  VİDEO like
  • 16 May 23:21  
Digərləri Tərtər sakini bunu bacardı VİDEO

Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur.

arrow Ətraflı
NATO Norveçdə son 30 ilin ən irimiqyaslı təlimini keçirəcək like
  • 16 May 23:12  
Dünya NATO Norveçdə son 30 ilin ən irimiqyaslı təlimini keçirəcək

NATO Norveçdə son 30 ilin ən irimiqyaslı təlimini keçirəcək.

arrow Ətraflı