3 min nəfərə dərialtı mikroçip yerləşdirilib


Digərləri 16 May 2018 23:52:00 345 0

3 min nəfərə dərialtı mikroçip yerləşdirilib

İsveçdə təxminən 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib. İnsanlar onların köməyilə metroda gedir, mağazada ödəniş edir və maşınlarının qapısını açırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, çip yaxın kontaktsız əlaqə vasitəsilə özlüyündə rəqəmsal açar dəsti kimi işlədilir. Bu, simsiz rabitə ilə passiv çipdən hesablayıcı cihaza informasiya göndərilməsi üsuludur, lakin bu halda onlar arasında cəmi 4 santimetr məsafə olmalıdır. Bir müddət sonra texnologiyanın inkişafı bu çipin daha çox funksiyanı yerinə yetirməsinə imkan verəcək.

Texnologiya heç də yeni deyil, onu 2015-ci ildən tətbiq edirlər. Baytarlar bu cür çipləri itlər və pişiklərdə yerləşdirirlər ki, sahibləri onları hər yerdə tapa bilsin. Bu çiplərdən əvvəllər təkcə biohakerlər istifadə edə bilirdilər, indi isə onlar gündəlik həyatın bir hissəsinə çevrilib. Məsələn, 2017-ci ilin iyunundan İsveçdə bu cür çiplərin köməyilə bilet almaq olar.