700 balın nümunələri...


Digərləri 16 May 2018 22:35:00 337 0

700 balın nümunələri...

Xəyyam Sultanlı, Elvin Kərimli və Leyli Əhmədova II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında 700 bal toplamış 7 abituriyentdən üçüdür... Onlar 36 minədək abituriyentdən fərqlənməyi bacarıblar.

Son.az bildirir ki, III ixtisas qrupu üzrə imtahan vermiş Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı 700 bal yığacağını gözləmirdi.

Xəyyam deyir ki, yüksək nəticə əldə etmək üçün son 2 il deyil, 11 il yaxşı oxumaq lazımdır. Yüksək bal yığmasına görə müəllimlərinə və valideyinlərinə borclu olduğunu deyən Xəyyam artıq seçimini də edib.

Elvin Kərimli də 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı şəhəri 45 saylı tam orta məktəbin məzunu olan Elvin 2017-2018-ci tədris ilində keçirilmiş Respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibidir. Həmçinin, "Nə?, harda?, nə zaman?" və "Əlaçı" intellektual bilik yarışlarının qalibi olub. 700 bal toplamağı Elvin aşağı siniflərdən qarşısına məqsəd qoyubmuş.

Elvin universitet seçimini hələ etməsə də, ixtisasını dəqiqləşdirib.