Ali məktəbə qəbul olunmamaq həyatın sonu deyil


Digərləri 16 May 2018 22:08:00 87 0

Ali məktəbə qəbul olunmamaq həyatın sonu deyil

Ekspertlər deyir ki, valideynlər övladlarını təhrik etməməli, lazım gəldikdə, onları təhsilin başqa pilləsinə yönəltməlidirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İki gün öncə - Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanından sonra Sumqayıt şəhərində bir gündə iki abituriyentin intihar etməsi xəbəri gündəmi silkələdi. Mediada və sosial şəbəkələrdə intiharın səbəbi kimi hər iki abituriyentin imtahandan yüksək bal toplamaması göstərildi. Bir-birini əvəzləyən statuslar, rəylər bədbəxt hadisədə gah valideynləri günahkar saydı, gah məktəbi qınadı... 

Cəmiyyətin həssaslıqla reaksiya verdiyi hadisə Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı da narahatlıqla müzakirə olundu: "Valideynlər uşaqlara "sən oxumasan, vəziyyətin pis olacaq", "Hüquq fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan" deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər". "Peşə təhsili haqqında" qanunda hər bir insanın özünə peşə seçmək hüququnun olduğunu bildirən komitə üzvləri: "Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır" - deyə narahatlıqlarını ifadə ediblər.

Gerçəkdənmi, intiharlarda sosial şəbəkələrdə vurğulandığı, millət vəkillərinin də qabartdığı kimi, valideynlər günahkardır? Necə etmək lazımdır ki, şagirdlər orta təhsil prosesində "həyat təkcə ali məktəbdən ibarət deyil və ya oxumaq üçün qarşıda illər çoxdur" fikirlərini anlaya bilsinlər? Nəhayət, özünü uğursuz hesab edən abituriyentləri ağlına hakim kəsilən kabusdan necə qorumalı?   Əsas məsuliyyət məktəblərin və valideynlərin üzərinə düşür

İntihar hallarının təkcə abituriyentlərlə bağlı olmadığını deyən təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür bədbəxt hadisələr bütün dünyada müşahidə olunur. Sadəcə, ali məktəblərə qəbulla bağlı məsələlərdə intihar aktı çox geniş ictimailəşdirilir: "Bəzən gənclər sevgiləri baş tutmayanda, hansısa məsələdə depressiyaya qapılanda, psixi problemləri yarananda da intihar üsullarına əl atırlar. Ancaq bu hadisələrin heç biri abituriyentlərin intihar aktı qədər şişirdilmir". Təhsil eksperti abituriyentlərin intihar hadisələrini ümumtəhsil məktəblərində psixoloqların işinin aşağı səviyyədə olması ilə əlaqələndirir: "Psixoloqlar müəyyən yaşlar üzrə maarifləndirmə işləri aparmalıdırlar ki, şagirdlər təhsilin təkcə ali təhsildən ibarət olmamasını dərk edə bilsinlər. Çünki təhsilin peşə təhsili, kollec təhsili və s. kimi pillələri də var. Yəni psixoloqlar şagirdlərə anlada bilməlidirlər ki, həyat təkcə ali təhsildən ibarət deyil. Onlar peşə və kollec təhsili üzrə həyatda layiqli yer tutan insanları nümunə kimi göstərə bilərlər. Şagirdlərin repetitor yanına axışması, valideynlərin övladları üçün kifayət qədər vəsait xərcləməsi uşaqların psixikasına mənfi təsir göstərir. Əgər məktəb təhsilini gücləndirə, uşaqları məktəbə bağlaya və repetitorun kökünü kəsə bilsək, müəyyən qədər irəliləyişə də nail ola bilərik". 

Sovet dövründəki təhsilin hazırkı qəbul imtahanlarına bənzəmədiyini deyən ekspert "o zaman müəllimlə tələbənin ünsiyyətdə olması daha çox psixoloji situasiya yaradırdı" deyə xatırlayır: "Uşaqlar professorların qarşısında imtahan verirdilər. Ancaq imtahandan kəsildikləri halda heç biri intihara əl atmırdı. Mən 80-ci illərin tələbəsi kimi 7 ildən sonra ali məktəbə daxil olub, parta arxasında əyləşərək tələbəlik dövrü keçirmişəm. Bu da heç bir stressə səbəb olmurdu. O zaman müəllimlər həm də tərbiyəçi funksiyasını yerinə yetirirdilər. İndi isə müəllimlər dərslərini deyib məktəbdən tez aralanmaq, evdə, kurslarda hazırlıqla məşğul olmaq istəyirlər". Ekspert hesab edir ki, məktəbdə şagirdlər arasında psixoloji işləri dərinləşdirmək, onlarda optimist hissləri gücləndirmək lazımdır. Belə ki, hazırda Dövlət İmtahan Komissiyası uşaqlara iki dəfə imtahan vermək şansı yaradır. Yəni əgər birinci dəfə stress vəziyyətində olublarsa, növbəti dəfə özlərini psixoloji duruma hazırlaya bilərlər: "Digər tərəfdən, uşaqlara sakitləşdirici preparatlar vermək qətiyyən doğru deyil, bunun çox mənfi nəticələri olur. Müəyyən maddi maraq kəsb edən bu cür preparatlar telekanallarda təbliğ olunur. Həmçinin sinif rəhbərləri, məktəb müəllimləri və valideynlər uşaqlarda optimist hissləri gücləndirməli, valideynlər övladlarını yüksək nəticə göstərməyə məcbur etməməlidirlər. Təhsil elə prosesdir ki, bütün valideynlər övladlarının hansı biliyə malik olduğunu bilirlər. Heç kim birdən-birə iki metr hündürlüyə tullana bilməz. Hər şey mərhələ-mərhələ olur. Valideynlər bunu bildiklərinə görə, övladlarını təhrik etməməli, övladlarını təhsilin başqa pilləsinə cəlb etməlidirlər. Bundan əlavə, valideynlərin əksəriyyəti nə pedaqoq, nə də psixoloqdur. Ola bilsin ki, bir çoxunun ali təhsilləri də yoxdur".

Diabet xəstələrinə cihaz və dərman verilmir  VİDEO like
  • 16 May 21:59  
Digərləri Diabet xəstələrinə cihaz və dərman verilmir VİDEO

Şəkərli diabetdən əziyyət çəkən vətəndaşlara diabeti ölçən cihazl

arrow Ətraflı
Aya məqalə göndəriləcək like
  • 16 May 21:45  
Digərləri Aya məqalə göndəriləcək

ABŞ-ın "Arch Foundation" qeyri-kommersiya təşkilatı Aya qeyri-adi

arrow Ətraflı
Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR like
  • 16 May 21:36  
Digərləri Ölkənin qızılgümüş bazarında QİYMƏTLƏR

Mayın 16-da Azərbaycanda qiymətli metalların qiyməti ucuzlaşıb.

arrow Ətraflı
Tədbirdə hamı onun libasına baxdı  FOTO like
  • 16 May 21:31  
Digərləri Tədbirdə hamı onun libasına baxdı FOTO

Müğənni Cennifer Lopez xeyriyyə tədbirlərindən birinə qatılıb.

arrow Ətraflı
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR yenə düşdü like
  • 16 May 21:30  
Digərləri Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR yenə düşdü

Mayın 16-da Azərbaycanda qiymətli metalların qiyməti ucuzlaşıb.

arrow Ətraflı
Tramp: "Sinqapur sammitinin ləğvinə dair məlumat almamışıq" like
  • 16 May 21:26  
Dünya Tramp: "Sinqapur sammitinin ləğvinə dair məlumat almamışıq"

ABŞ rəsmi Pxenyandan iyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan

arrow Ətraflı
Azərbaycanda kosmetoloq gülməli vəziyyətə düşdü  FOTO like
  • 16 May 21:06  
Digərləri Azərbaycanda kosmetoloq gülməli vəziyyətə düşdü FOTO

Kosmetoloq Elnarə Rzayeva yazdığı şərhlə sosial şəbəkədə müzakirəl

arrow Ətraflı