Futbolçuları döyən azarkeşlər həbs olundular FOTO


Dünya 16 May 2018 20:07:48 206 0

Futbolçuları döyən azarkeşlər həbs olundular  FOTO

Portuqaliyanın "Sportinq" klubunun bazasına hücum edərək futbolçuları və baş məşqçi Jorje Jezuşu döyən azarkeşlərin bir qismi saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bazaya soxulan 50-yə yaxın fanatdan 21 nəfər tutulub.

Qeyd edək ki, Portuqaliya çempionatının son turunda səfərdə "Maritimu"ya məğlub olaraq liqanı 3-cü pillədə tamamlayan "Sportinq" Çempionlar Liqasına qatılmaq şansını itirib. Vəziyyəti qəbul edə bilməyən əsəbi azarkeşlər klubun bazasına hücum ediblər.


Xəbərə aid fotolar