“Google Chrome” və “Firefox” təhlükədədir


Dünya 16 May 2018 19:30:00 298 0

“Google Chrome” və “Firefox” təhlükədədir

"Proofpoint" şirkətinin tədqiqatçıları "Google Chrome" və "Firefox" brauzerlərinin istifadəçiləri üçün təhlükə yaradan "Vega Stealer" adlı yeni zərərli proqram təminatı aşkarlayıblar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik üzrə ekspertlərin sözlərinə görə, yeni virus vasitəsilə hakerlər hesab məlumatlarını, eləcə də ödəniş informasiyasını - saxlanılmış kredit kartları, sosial şəbəkə profilləri və brauzerlərdə saxlanılan "cookie" fayllarını oğurlayırlar.

Bundan başqa, zərərli proqram sistemi skrinşot edərək bütün genişləndirilmiş ".doc", ".docx", ".txt", ".rtf", ".xls", ".xlsx" və ".pdf" fayllarını skan edir.

Məlumata görə, hazırda virus biznes nümayəndələri (marketinq, reklam, ictimaiyyətlə əlaqələr, pərakəndə satış və istehsal) tərəfindən idarə olunan qurğuların yoluxdurulması üçün istifadə edilir.