Opera və Balet Teatrında "Cavad Xan" baletinin premyerası olacaq


Kriminal 16 May 2018 19:16:00 421 0

Opera və Balet Teatrında "Cavad Xan" baletinin premyerası olacaq

İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcəkdir.

Yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuşdur. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Yeni tamaşanın quruluşçu baletmeysteri Xalq artisti, prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatlarının sahibi Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə Xalq rəssamı Rafiz İsmayılovdur.