Rusiyada keçmiş silah anbarında yanğın


Dünya 16 May 2018 18:56:00 240 0

Rusiyada keçmiş silah anbarında yanğın

Rusiyanın Udmurtiya respublikasınını Puqaçyovo qəsəbəsi yaxınlığında keçmiş silah anbarında baş vermiş yanğınla əlaqədar bölgədə təxliyə aparılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, anbar ərazisində köhnə silah-sursat partlamaqda davam edir.

Qəsəbə ərazisində 2000-ə yaxın şəxs təxliyə olunub. Bundan başqa, anbardan 10 kilometr məsafədə yerləşən uşaq bağçasından 80-ə yaxın uşaq təxliyə olunub.