Sabah Yeni Yasamalda suyun verilməsində məhdudiyyətlər olacaq


Digərləri 16 May 2018 18:43:00 294 0

Sabah Yeni Yasamalda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 17 may 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.