2 rusdan Bakıda DƏHŞƏTLİ ƏMƏL:


Digərləri 16 May 2018 18:34:00 239 0

2 rusdan Bakıda DƏHŞƏTLİ ƏMƏL:

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onların apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Növbəti proses mayın 29-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dimitriy Razumniy 18 il, Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər, onlar barələrində təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş ediblər.

İttihama görə, qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib.

Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinova yaşadıqları mənzilə gətiriblər. Yeyib-içmək məclisindən sonra Samir Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Qadın etiraz edib və evin dəhlizinə çıxıb. Samir də Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.