Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib


Kriminal 16 May 2018 18:29:00 332 0

Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib

Mayın 15- də Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib. 

Konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində reallaşıb.

İlk olaraq ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanı, professor Ceyran Mahmudova çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb. 

"Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin III yerə- Nigar Hüseynov, Gülnar Axundova,Zaur Məmmədov II yerə-Nurlan Abdullazadə,Günel Fərzəliyev, Elməddin İbrahimov, I yerə -Züleyxa Şıxıyeva, Pərvin Paşazadə və Qran Priə isə-Ramiz Sevdiməliyev  layiq görülüblər.