Şəmkirdə qeyriadi ixtira:


Digərləri 16 May 2018 18:11:00 276 0

Şəmkirdə qeyriadi ixtira:

Şəmkirli velosiped ustası Samir Hüseynov qeyri adi ixtirası ilə diqqət çəkib. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, usta, velosiped hissələrindən özünə 3 mərtəbəli velosiped düzəldib.   Samir Hüseynov - Velosiped ustası: "Ticarətçiyəm, uşaqlıqdan velosipedə həvəsim var. İşləyirdim, boşluq idi, fikirləşdim ki, qeyri-adi velosiped yaradım. Fikirləşdim ki, 2 mərtəbəli velosiped var, mən də 3 mərtəbəli yaratdım". Samir Hüseynov deyir ki, 3 mərtəbəli velosipedi 3 saata düzəldib: "Kəsdim doğradım düzəltdim. Rayonda sürmək çox rahatdır. Bu velosipedi özüm üçün yaratmışam. Satsam, yaxınıma sataram, ya da təzəsini düzəldərəm. Hələ arxasına bir təkər də əlavə etmək istəyirəm ki, 3 təkərli olsun". Velosiped ustası gələcəkdə nəinki 3 mərtəbəli, hətta 3 nəfərlik velosiped də düzəltmək istəyir. Onun fikrincə, velosipeddə oturanların iksi sürətə, biri isə istiqamətə nəzarət edəcək.


Xəbərə aid fotolar