Naxçıvan Muxtar Respublikasının sosialiqtisadi inkişafı üçün 10 milyon manat ayrıldı


Siyasət 16 May 2018 17:54:54 59 0

Naxçıvan Muxtar Respublikasının sosialiqtisadi inkişafı üçün 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında əsaslı dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 34,4 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 15,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 15,2 dəfə artmış, irimiqyaslı infrastruktur layihələri yerinə yetirilmiş, elektrik stansiyaları istismara verilmiş, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilmiş, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilmiş, yeni yollar çəkilmiş, istehsal müəssisələri yaradılmış, 72 mindən çox yeni iş yeri açılmışdır.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Həyat imtahanından “kəsilənlər” like
  • 16 May 17:53  
Digərləri Həyat imtahanından “kəsilənlər”

Mayın 13-də Sumqayıtda iki abituriyent- 17 yaşlı Pənah Quliyev və Faiq R

arrow Ətraflı
Bayılda növbəti sürüşmə like
  • 16 May 17:52  
Digərləri Bayılda növbəti sürüşmə

Mayın 15-də Bayılda növbəti torpaq sürüşməsi baş verib. Bu zaman 2 fə

arrow Ətraflı
Bakının bu hissəsində sabah içməli su olmayacaq like
  • 16 May 17:51  
Digərləri Bakının bu hissəsində sabah içməli su olmayacaq

Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihə

arrow Ətraflı
Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır  XƏRİTƏ like
  • 16 May 17:49  
Digərləri Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır XƏRİTƏ

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə ola

arrow Ətraflı
Fəaliyyəti ilə milli mənlik və vətənpərvərlik nümunəsi olan təşkilat like
  • 16 May 17:48  
İdman Fəaliyyəti ilə milli mənlik və vətənpərvərlik nümunəsi olan təşkilat

Heydər Əliyev Fondu öz fəaliyyətində beynəlxalq əməkdaşlığa x&uu

arrow Ətraflı
Orta məktəbi bitirməyən 400dək şəxs imtahan verib  FOTO like
  • 16 May 17:48  
Digərləri Orta məktəbi bitirməyən 400dək şəxs imtahan verib FOTO

Mayın 16-da Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

arrow Ətraflı
Naxçıvanda yağışyağdırma sistemlərinin quraşdırılmasına 5 milyon manat ayrılıb like
  • 16 May 17:47  
Digərləri Naxçıvanda yağışyağdırma sistemlərinin quraşdırılmasına 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ

arrow Ətraflı
Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrıldı like
  • 16 May 17:45  
Siyasət Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağ

arrow Ətraflı
Yemək Festivalı İçəri Şəhərə qayıdır! like
  • 16 May 17:44  
Digərləri Yemək Festivalı İçəri Şəhərə qayıdır!

Baku Street Food Festival və Sweet November festivalların uğurundan sonra, İ

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 16 May 17:43  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mayın 17-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Norveç Kralını təbrik edib like
  • 16 May 17:43  
Digərləri Prezident İlham Əliyev Norveç Kralını təbrik edib

Prezident İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu göndərib.

arrow Ətraflı
CulfaOrdubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı like
  • 16 May 17:42  
Siyasət CulfaOrdubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magist

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün 10 milyon manat ayrılıb like
  • 16 May 17:40  
Digərləri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi ink

arrow Ətraflı