Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır XƏRİTƏ


Digərləri 16 May 2018 17:49:00 277 0

Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır  XƏRİTƏ

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Bakı. Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.