Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrıldı


Siyasət 16 May 2018 17:45:00 56 0

Ordubad Su Elektrik Stansiyasının tikintisinə 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırmış, ötürücü və paylayıcı infrastrukturu genişləndirmişdir. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır.

Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda inşa olunan 36 MVt gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

Yemək Festivalı İçəri Şəhərə qayıdır! like
  • 16 May 17:44  
Digərləri Yemək Festivalı İçəri Şəhərə qayıdır!

Baku Street Food Festival və Sweet November festivalların uğurundan sonra, İ

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 16 May 17:43  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mayın 17-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyev Norveç Kralını təbrik edib like
  • 16 May 17:43  
Digərləri Prezident İlham Əliyev Norveç Kralını təbrik edib

Prezident İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu göndərib.

arrow Ətraflı
CulfaOrdubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı like
  • 16 May 17:42  
Siyasət CulfaOrdubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magist

arrow Ətraflı
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün 10 milyon manat ayrılıb like
  • 16 May 17:40  
Digərləri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün 10 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi ink

arrow Ətraflı
Buffon İtaliya A Seriyasında son oyununa çıxacaq like
  • 16 May 17:40  
İdman Buffon İtaliya A Seriyasında son oyununa çıxacaq

Juventus və İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasın

arrow Ətraflı
Ordubad Su Elektrik Stansiyasının tikintisinə vəsait ayrılıb like
  • 16 May 17:37  
Digərləri Ordubad Su Elektrik Stansiyasının tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağ

arrow Ətraflı
Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi  FOTO like
  • 16 May 17:35  
Digərləri Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi FOTO

İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura

arrow Ətraflı
Culfa–Ordubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb like
  • 16 May 17:32  
Digərləri Culfa–Ordubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magi

arrow Ətraflı
Azərbaycanda daha 2 televiziya açılır like
  • 16 May 17:30  
Digərləri Azərbaycanda daha 2 televiziya açılır

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçir

arrow Ətraflı
Rusiyada keçmiş hərbi poliqonda yanğın başlayıb like
  • 16 May 17:27  
Dünya Rusiyada keçmiş hərbi poliqonda yanğın başlayıb

Hadicə nəticəsində poliqon ərazisindəki mərmilər partlayır

arrow Ətraflı