Orta məktəbi bitirməyən 400dək şəxs imtahan verib FOTO


Digərləri 16 May 2018 17:48:00 282 0

Orta məktəbi bitirməyən 400dək şəxs imtahan verib  FOTO

Mayın 16-da Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Son.az-a verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak ediblər.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 381 nəfər iştirak edib.

Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil fənləri üzrə sualları cavablandırıblar.


Xəbərə aid fotolar