Ordubad Su Elektrik Stansiyasının tikintisinə vəsait ayrılıb


Digərləri 16 May 2018 17:37:00 210 0

Ordubad Su Elektrik Stansiyasının tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırıb, ötürücü və paylayıcı infrastrukturu genişləndirib. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır. Sərəncamda qeyd edilir ki, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin