Azərbaycanda daha 2 televiziya açılır


Digərləri 16 May 2018 17:30:00 216 0

Azərbaycanda daha 2 televiziya açılır

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "Farrux Teleradio" MMC-nin və "Shakh Telecom" MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.