Rusiyada keçmiş hərbi poliqonda yanğın başlayıb


Dünya 16 May 2018 17:27:07 223 0

Rusiyada keçmiş hərbi poliqonda yanğın başlayıb

Hadicə nəticəsində poliqon ərazisindəki mərmilər partlayır

Rusiyanın Udmurtiya Respublikasının Puqaçyov qəsəbəsində keçmiş hərbi poliqonda 20 hektar sahə yanır.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Föqəladə Hallar Nazirliyinin regional mərkəzinin Mətbuat xidməti yayıb.

Yanğın nəticəsində poliqon ərazisindəki mərmilər partlayır.

Yanğını söndürmək hələlik mümkün olmayıb.