FİFA sabiq məmurun cəzasını azaltdı


İdman 16 May 2018 17:27:00 307 0

FİFA sabiq məmurun cəzasını azaltdı

FİFA-nın Apellyasiya komitəsi Tayland Futbol Federasiyasının sabiq prezidenti Voravi Makudinin cəzasını azaldıb. Goal.az xəbər verir ki, funksionerin diskvalifikasiya cəzası 3.5 ilə endirilib.

2016-cı ilin oktyabrında Makudi 5 il müddətinə futboldan kənarlaşdırılmış və 8.4 milyon avro həcmində cərimələnmişdi. O, FİFA-nın Etika kodeksini pozmaqda və saxtakarlıqda ittiham olunurdu. Sabiq məmur 2018 və 2022 mundialının ev sahibləri müəyyənləşərkən korrpusiyaya yol vermişdi.