Azərbaycan iqtisadiyyatı 1,2% artıb


Digərləri 16 May 2018 16:40:00 220 0

Azərbaycan iqtisadiyyatı 1,2% artıb

Bu ilin yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 22969,0 mln. manata çatıb.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5%, informasiya və rabitə sahələrində 7,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sənayedə 1,1%, digər xidmət sahələrində 0,8% artıb, tikintidə isə 10,4% azalıb.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.