İlandağ: Əfsanələrlə dolu dağ VİDEO


Digərləri 16 May 2018 16:49:00 248 0

İlandağ: Əfsanələrlə dolu dağ  VİDEO

İlandağ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əsas rəmzlərindən biridir. Orta əsrlərdə bu dağın yamaclarında yaşayış məntəqəsi də olub. İlandağ hər zaman sirli məkan sayılıb. O, sanki yerli əhalini əfsanələr yaratmağa ruhlandırıb.

Qalina Polonskaya (Euronews): "Bu dağın adı "İlan dağı" kimi tərcümə olunur. Əfsanəyə görə, yaxşı insanlar zalımlardan bu dağda gizlənə bilirmiş. İlanlar zalımlara hücum edirmiş. Lakin yerli əhali bu dağda ilan olmadığını deyir".

Əsas əfsanəyə görə, Nuhun gəmisi daşqın zamanı məhz bu dağla toqquşub və onu iki hissəyə parçalayıb.

Vəli Baxşəliyev (tarixçi, Azərbaycan Milli Elmlər Akademiyası): "Əfsanəyə əsasən, Nuhun gəmisi İlandağa dəyib. Həmin vaxt Nuh torpağın yaxın olduğunu başa düşüb. Əfsanəyə görə, Nuhun gəmisinin səfəri buradan 100 kilometr uzaqda başa çatıb. Gəmi İlandağdan daha hündür digər dağın zirvəsində dayanıb".

Buraya yaxın olan digər dağdakı qədim qaladan İlandağa möhtəşəm mənzərə açılır. Həmin dağın zirvəsinə çatmaq üçün ilk növbədə 2 min pilləni dəf etməlisiniz!