Bundesliqa klubunda baş məşqçi istefası


İdman 16 May 2018 16:47:00 287 0

Bundesliqa klubunda baş məşqçi istefası

RB Leipzig baş məşqçi Ralf Hazenhyuttlla yollarını ayırıb. Goal.az xəbər verir ki, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında pozub. 50 yaşlı mütəxəsisin anlaşması 2019-cu ilin yayında başa çatmalı idi.

Hazenhyuttl ötən mövsüm Leipzig-i Bundesliqada 2-ci edərək Çempionlar Liqasının qrup mərhələsinə çıxarmışdı. Komandanın idman direktoru Ralf Ranqnik müqaviləyə xitam verilməsini baş məşqçinin təşəbbüsü kimi qiymətləndirib.