Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi


Digərləri 16 May 2018 16:29:39 345 0

Tək ayaq üstə durmaq üçün ikiqat səy göstərən qəhrəmanın hekayəsi

“Əngəlsiz arzular” kitabı çox yaxında “3 alma” əmtəə nişanı ilə nəşr olunaraq oxuculara təqdim ediləcək.

Bakı. İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura apara bilən ən gözəl yoldur. Heç bir maneə və çətinliklərə baxmayaraq məqsədə çatmaq insanı ucaldır. Xüsusilə də, belə xüsusiyyətlərin uşaqlıqdan aşılanması böyüməkdə olan bir fərdin gələcəkdə çətinliklərə sinə gərməsini daha da asanlaşdıra bilər. Müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır. “3 alma” uşaq ədəbiyyatının nəşr etdiyi növbəti kitab məhz bu problemin kiçik yaşlı uşaqların həyatına təsiri, onların belə halla üzləşəndə verəcəyi reaksiyası barədədir.