Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir


Dünya 16 May 2018 16:19:00 246 0

Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

Son.az report-a istinadən xəbər verir ki, administrasiyaya girişin qarşısında kütləvi istefalara səbəb olan optimallaşdırma prosesinin ləğvini tələb edən hərbi komissarlıqların əməkdaşları etiraz edirlər.

Baqramyan prospektini taksi sürücüləri qismən bağlayıb. Sürücülərdən biri jurnalistlərə deyib ki, etirazçılar lisenziyalaşdırma prosesinin qaydaya salınmasını, yol hərəkəti qaydalarının pozulmasına görə olan cərimələr üzrə borcların silinməsini, paytaxtda parklamaya görə ödəmənin ləğv edilməsini tələb edirlər.