ETSN idarə rəisini 3 min manat cərimələyib


Digərləri 16 May 2018 16:09:12 194 0

ETSN idarə rəisini 3 min manat cərimələyib

Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.