Hər 100 doğulan qıza 114 oğlan düşür


Digərləri 16 May 2018 15:59:00 228 0

Hər 100 doğulan qıza 114 oğlan düşür

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).