14 yaşlı məktəblini avtomobil vurdu


Digərləri 16 May 2018 15:19:00 244 0

14 yaşlı məktəblini avtomobil vurdu

Sabirabadda 14 yaşlı məktəblinin avtomobil vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlunu məktəbin qarşısında "Prado" markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.