Əfran İsmayılov Qarabağ'dan ayrıldı


İdman 16 May 2018 15:05:00 292 0

Əfran İsmayılov Qarabağ'dan ayrıldı

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov Qarabağ klubu ilə yollarını ayırıb. 

Goal.az xəbər verir ki, bu barədə "Report"a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm". 

Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan Qarabağ'da çıxış edirdi. O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.