Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb


İqtisadiyyat 16 May 2018 14:53:51 226 0

Azərbaycanın dövlət büdcəsinin icrasında ÜDM-in 2,8%-i qədər profisit yaranıb

Büdcənin gəlirləri xərclərini 654 mln. manat üstələyib

Bu ilinyanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 619,9 mln. manat, xərcləri 5 966 mln. manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Büdcənin icrasında 653,9 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 2,8%-i qədər profisit yaranıb.

Qeyd edək ki,2018-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 27,1% artaraq 4563,4 mln. manata, xərcləri isə 12,7% artaraq 4408,0 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 155,4 mln. manatlıq profisit ümumi daxili məhsulun 0,9%-ni təşkil edib.